Siyasət

Vigen Sargsyan Yunanıstanda Ermənistan-Yunanıstan hərbi əməkdaşlığının prioritetlərini təqdim edib

Rəsmi səfəri ilə Yunanıstan Respublikasında olan ER Müdafiə naziri Vigen Sargsyan dekabrın 19-də Yunanıstan Respublikasının Parlamentinin Milli Müdafiə və Xarici İşlər komitəsinin sədri Konstantinos Duzinas ilə görüşdü. Bu haqda ER Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Görüşdə Ermənistan-Yunanıstan ikitərəfli əməkdaşlığı, regional təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə olunub. Tərəflər iki ölkənin qanunvericilik və icra hakimiyyəti orqanlarının yüksək səviyyəli əməkdaşlığını vurğulayıblar.

Eyni gündə ER Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə həyeti Yunanıstan Milli Müdafiə Kollecinə gedib. Vigen Sargsyan  hərbi təhsil müəssisələrinin təhsil proqramları ilə tanış olub və müəllim heyəti və tələbələr üçün çıxış edib. Ermənistan-Yunanıstan hərbi və hərbi-texniki əməkdaşlığınmın prioritetləri, regional təhlükəsizliyi ilə bağlı məsələləri təqdim olunub. ER Müdafiə naziri kolecin tələbələrinin suallarını cavablanıb.

Daha çox göstər
Back to top button