Təhlil

Erməni və iranlı həkimlər arasında təcrübə mübadiləsi aparılacaq

Yerevanda keçirilən Ermənistan-İran biznes forumunda iranlı işadamı və həkim Hocad hanan jurnalistlərə müsahibədə qeyd etdi ki, onlar erməni işadamları ilə əməkdaşlıq gözləyirlər.

Onun sözlərinə görə, erməni və iranlı həkimlər arasında təcrübə mübadiləsi aparılacaq.

“Biz iki ölkə arasında geniş miqyaslı əməkdaşlığı gözləyirik və tibb mərkəzləri, həkim mübadiləsi üçün işlər aparacağıq. Biz iranlı həkimləri buraya gətirməyə istəyirik ki, burada yerli həkimlərlə əməkdaşlıq etsinlər. Bundan başqa, təcrübə mübadiləsi üçün Ermənistandan da İrana həkimlər gödərəcəyik”,-deyə o ümid etdi ki, bu görüşlər ərzində iki ölkənin əməkdaşlığı daha da gücləndiriləcək.

Daha çox göstər
Back to top button