Təhlil
Ermənistan AİB-nə üzv ölkələri ilə ticarət dövriyyəsi artırıb

2016-cı ilin yanvar-oktyabr aylarında Ermənistan və AİB-nin üzvü olan başqa ölkələr arasında ticarət dövriyyəsi 312.4 mln dollar təşkil edib. Armenpressin AİB-nə üzv ölkərinin statistikasına istinadan verdiyi xəbərə görə, keşən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 54.7 faizlə artıb.
Ermənistan və Belarus arasında ticarət dövriyyəsi 11.5 mln dollar təşkil edib. Ermənistan və Qazaxıstan arasında isə ticarət dövriyyəsi 5.3 mln dollar təşkil eib. Keçən illə müqayisədə bu göstərici 51.9 faiz artıb. Qırğızıstan ilə 0.5 mln dollar ticarət dövriyyəsində 79.1 faiz artış qeyd edilib.
Ermənistan və AİB ölkələri arasında ticarət dövriyyəsinin həcmlərinin 94.4 faizi olan 295.1 mln dollar Rusianın payına düşür.