BaşlıcaSiyasət

Ermənistan DQ münaqişəsi ilə bağlı İranın balanslaşdırılmış mövqeyini yükəsk qiymətləndirir

Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Yerevanda İran Prezidenti Hasan Ruhani ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində irəliləyiş təmin etmək üçün Ermənistan və ATƏT Mink Qrupu həmsədrlərinin səylərini təqdim etdi.

İran Prezidenti ilə görüşdən sonra jurnalistlərə müsahibədə ER Prezidenti Serj Sarkisyan vurğulayıb ki, İran Prezidentinə aprel ayında Artsaxa qarşı Azərbaycanın başladığı təcavüzünün nəticələrinin aradan qaldırılması, o cümlədən Vyana və sankt-Peterburq zirvələrində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün atılan addımları təqdim edib.

“Biz beynəlxalq hüquqa əsaslanan Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasına dair İranın balanslaşdırılmış mövqeyini çox yükəsk qiymətləndiririk”,-deyə ER Prezidenti bildirib.

Prezident Sarksiyan əlavə edib ki, görüşdə dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll ola bilməyəcəyini yenidən təsdiq edilib və regiondakı gərgin və qeyri-sabit vəziyyətin yayması üçün hər hansı addımın qəbuledilməz olduğunu qeyd olunub.

Serj Sarkisyan bildirib ki, görüşdə beynəlxalq məsələlərə də toxundular.

Daha çox göstər
Back to top button