Ermənistan-İran əməkdaşlığının potensialı çox böyükdür: Hasan Ruhani

Ermənistan-İran əməkdaşlığının potensialı çox böyükdür. Bu haqda dekabrın 21-də Yerevanda ER Prezidenti Serj Sarkisyan ilə görüşdən sonra İran Prezidenti Hasan Ruhani bildirib.
Onun sözlərinə görə, bu potensialı bir qismi istifadə olunur, xüsusilə də energetika sahəsində yaxşı əməkdaşlıq var. Energetika layihələrinin kontekstində o,Türkmənistanla qaz mübadiləsi layihələri çərçivəsində əldə edilmiş razılaşmaların əhəmiyyətini də qeyd etdi.
İran Prezidenti Fars körfəzi Qara dənizi ilə birləşdirən nəqliyyat dəhlizinin əhəmiyyətini də vurğuladı. Onun sözlərinə görə, beləliklə regionun inkişafı üçün əlverişli şəraitlər yaradılacaq.
Tərəflər təhsil, elm və bank sektorlarında da əməkdaşlığını genişləndirməl niyyətindədirlər. İran Prezidentinin sözlərinə görə, AİB-ə Ermənistanın üzvlüyünü əməkdaşlıq üçün xüsusi şəraitlər yaradır.