Siyasət

Ermənistan və Gürcüstan Müdafiə nazirləri regional təhlükəsizliyin məsələlərini müzakirə ediblər

ER Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə həyeti dekabrın 21-də rəsmi səfəri ilə Gürcüstana getdi.

ER Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatlarına görə, Tbilisidə baş tutmuş rəsmi qarşılanma mərasimindən sonra Ermənistan və Gürcüstan Müdafiə nazirləri Vigen sargsyan və Levan İzori arasında təkbətək görüş keçirilib. Görüşdən sonra iki ölkənin Müdafiə Nazirliklərinin nümayəndə heyətlərinin görüşü baş tutub. Görüşlərdə Ermənistan-Gürcüstan hərbi əməkdaşlığı və gələcək planları barədə müzakirə olub. Tərəflər regional təhlükəsizlik ilə bağlı məsələlərə də toxunulub.

Danışıqlar Ermənistan və Gürcüstan Müdafiə Nazirlikləri arasında ikitərəfli əməkdaşlığın 2017-ci il planının imzalanmasına yönəlmişdi.

Danışıqlar nəticələri Ermənistan və Gürcüstan Müdafiə nazirlərinin birgə mətbuat konfransında yekunləşdirilib.

Daha çox göstər
Back to top button