Ekonomika

Ermənistanın iqtisadi aktivliyi 0.6 faiz artıb

Ermənistanın iqtisadi aktivliyinin göstəricisi 2016-cı ilin yanvar-noyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 0.6 faiz artıb. Bu ilin noyabr ayında oktyabrla müqayisədə göstərici 5 faiz düşüb. Armenpressin məlümatına görə, ER Milli Statistika Xidəti ölkənin sosial-iqtisadi durumunun gedişatında olan operativ yekunlaşdırılması ilə əldə edilmiş əsas makroiqtisadi göstəriciləri təqdim edib.

Ticarət dövriyyəsi 2016-cı ilin yanvar-noyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə  0.3 faiz artıb. Orta aylıq nominal əmək haqqı 2 faiz artıb. Tikinti və elektrik enerji istehsalı sahələrində düşüş qeyd edildi.

 

Daha çox göstər
Back to top button