
Ermənistan Prezidenti Serj Sarkisyanın dəvətilə bugün İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfər edib.
Bu haqda ER-nın prezident administrasiyasının İnformasiya və İctimaiyyət ilə Əlaqələr şöbəsindən məlumat verirlər.
Yerevandakı “Zvartnots” hava limanında yüksək səviyyəli qonağı Prezident Serj Sarkisyan qarşıladı.
Səfər çərçivəsində İran prezidenti səfər ərzində Prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyanla görüşəcək.
Prezident sarayında Ermənistan-İran yüksək səviyyəli danışıqlardan sonra bir sıra sahələrdə iki tərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün sənədlərin imzalanması nəzərdə tutulur.
Prezidentlər Serj Sarkisyan və Həsən Ruhani KİV-ə danışıqların nəticələri barədə bəyanatla çıxış edəcək.
Ermənistanın və İranın prezidentləri, həmçinin, Yerevanda Ermənistan-İran biznes forumunda iştirak edəcəklər.