Təhlil

NATO ilə əməkdaşlıq Ermənistan-Rusiya əlaqələri üçün bir maneə deyil

Qarabağ münaqişəsi çərçivəsində danışıqlar prosesində KTMT, NATO, Rusiya, ABŞ və Aİ mənafələri üst-üstə düşür.

Bu haqda “Lenta.ru” saytına müsahibədə ER Müdafiə naziri Vigen Sargsyan bildirib.

“Ermənistan-NATO əməkdaşlığı 1994-cü ildə Yerevanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına daxil olunması ilə başlandı. Hərbçilərimiz sülhməramlı əməliyyatlarıda iştirak edirlər və bu bizə, planetin müxtəlif nöqtələrində sülhün saxlanmasına yönələn hərəkətlərin planlaşdırma və həyata keçirilməsində əvəzolunmaz bacarıqlar əldə etməyə imkan veiri. Təbii, biz KTMT müttəfiqlərimizlə bu sahədə əldə edilmiş bilik, təcrübə və bacarıqları paylaşırıq”,-deyə Vigen Sargsyan bildirib.

Nazir qeyd etdi ki, NATO ilə əməkdaşlıq Ermənistan-Rusiya əlaqələrində maneə deyil. “Bütün bu illərdə NATO ilə əməkdaşlığımız çox əhəmiyyətli idi, Rusiya ilə əməkdaşlığımız isə, daha da genişləndirilmiş, xüsusuilə Ermənistanda rus bazasının yerləşdirilmə müddətlərinin uzadılması, HHM birgə sisteminin yaradılması olub.

Daha çox göstər
Back to top button