Siyasət

Vigen Sargsyan: Müharibənin yenidən başlanması bütün Cənubi Qafqaz üçün ciddi təhlükə olacaq

Azərbaycan ilə silahlı münaqişənin yenidən başlanması mümkündür.

Lenta.ru-yə müsahibədə bu haqda Ermənistan Müdafiə naziri Vigen sargsyan bildirib.

“1994-cü ildə üç tərəf Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan atəşkəs haqqında  müqavilə imzalamışlar. Təəssüf ki, 1994-ci ildən bəri Bakı sülh prosesini pozmakda davam edir. Bundan başqa, beynəlxalq ictimaiyyət və ATƏT Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən münaqişənin həlli üçün mümkün yolların tapması üçün göstərilən səylərə maneə olurlar. Bu il aprel ayında Azərbaycan Artsaxa qarşı geniş miqyasda hücum etdi və məğlub oldu. Biz işimizi mümkün hərbi hərəkətlərinin yenidən başlanma prezumpsiyasına görə aparırıq.

Eyni zamanda aydındır ki, münaqişənin yenidən başlanması Ermənistan və regiondakı ölkələrin mənafələrinə xidmət etmir. Dağlıq Qarabağ Respublikasının təhlükəsizliyini təmin edən Yerevan münaqişəyə cəlb olmağa məcbur qalacaq. Aydındır ki, müharibənin başlanması bütün Cənubi Qafqaz üçün ciddi təhlükə olacaq”,-deyə nazir bildirib.

Daha çox göstər
Back to top button