Siyasət

2017-ci ildə KTMT hərbi təlimləri RF SQ-nın strateji təlimləri ilə keçiriləcək

Dekabrın 21-də Belarus paytaxtı Minskdə KTMT hərbi komitəsinin iclası keçirilib. İclasda ER Silahlı Qüvvələrinin Baş Qərarqah rəisi, general-leytenant Movses Hakobyan hərbi komitəsinin rəhbər səlahiyyətləri Belarus MN birinci müavininə verib. Bu haqda KTMT rəsmi saytı məlumat verir.

İclas zamanı təşkilat tərəfindən 2016-cı ildə aparılmış işləri və 2017-ci ildə ediləcəkləri müzakirə olunub.

Belarus Müdafiə Nazirliyindən verilən məlumata görə, 2017-ci ildə KTMT çərçivəsində keçiriləcək “Döyüş qardaşlığı” tək hərbi təlimi Rusiya Silahlı Qüvvələrinin “Qərb-2017” strateji təlimləri ilə birlikdə keçiriləcək.

Daha çox göstər
Back to top button