
ER baş naziri Karen Karapetyan Ermənistanda rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb. “Sizinlə görüşməkdən və əziz dostumuz erməni xalqına qonaq olmaqdan çox məmnunuq”,- Həsən Ruhani, bunu qeyd edərək, əlavə edib ki, ER Prezidenti Serj Sarkisyan ilə danışıqların nəticəsində bir sıra razılaşmalar əldə edilib. Həsən Ruhani, eyni zamanda, umidvar olduğunu bildirdi ki, gələcəkdə bu planlar həyata keçiriləcək
ER Hökumətin İnformasiya və İctimaiyyət ilə Əlaqələr şöbəsinin məlümatına görə, baş nazir Karen Karapetyan qeyd edib ki, Ermənistan-İran ikitərəfli əməkdaşlığında zəngin gündəm mövcuddur və bu, gələcəkdə münasibətlərin inkişafı və genişləndirilməsi üçün möhkəm zəmin təmin edir. ER baş naziri bir neçə təkliflər irəli sürüb. Bunların icra edilməsi Ermənistan-İran iqtisadi münasibətlərini daha gücləndirəcək və gələcək əməkdaşlığa yeni tekən verəcək. Baş nazir Karapetyan Avrasya İqtisadi Birliyinin bazarının imkanları nəzərə alaraq ticarət dövriyyəsinin təşviqi məzmununda Ermənistanda İran şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə əhəmiyyət verib. Baş nazir Karen Karapetyan Ermənistanın İran-AİB danışıqlar prosesinə dəstək verməyə hazır olduğunu yenidən təsdiq edib.