Siyasət

ER səfiri Estoniya qanunvericilik və icra hakimiyyəti orqanlarına Artsaxa qarşı Bakının təcavüzünü təqdim edib

Estoniyaya etdiyi səfər çərçivəsində Estoniyadakı ER səfiri Tigran Mkrtçyan Estoniya Parlamentinin spikeri Eiki Nestor və Parlamentinin xarici əlaqələr üzrə komitəsinin sədri Marko Mihkelsonla görüşüb.

Səfir Mkrtçyan Estoniya Parlamentinin spikerinə iki ölkə arasında əməkdaşlığın bir sıra prespektivli sahələrini təqdim edib. Tərəflər iqtisadi və mədəni sahələrində planlaşdırılmış bir neçə layihələrə də toxunublar.

Səfir Mkrtçyan aprel əvvəllərində Azərbaycan tərəfindən Artsaxa qarşı başlatmış hərbi əməliyyatların təsirlərini və beynəlxalq platformlarda Azərbaycanın göstərdiyi qeyri-konstruktiv fəaliyyətlərini təqdim edib.

Sonra isə, səfir Mkrtçyan Estoniya XİN Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbəsinin direktoru Martin Rocerin başçılıq etdiyi Estoniya Xarici İşlər Nazirliyinin nümayəndə həyeti ilə görüşüb. Səfir Mkrtçyan Artsaxa qarşı Azərbaycanın başladığı aprel təcavüzününün bəzi detalları, o cümlədən rəsmi Bakının davamlı olan qeyri-konstruktiv fəaliyyətlərini və yüksək səviyyələrlə keçirilən anti-erməni təbliğatını təqdim edib.

Tərəflər ER-Aİ yeni çərçivə sazişi üzrə gedən danışıqlara da toxunublar.

Daha çox göstər
Back to top button