Beynəlxalq
“Heykəl məhbusu” apellyasiya şikayəti verib

Heykəl məhbusu, NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Bu barədə vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, apellyasiya şikayətini bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.