Zatulin: Azərbaycanla RF əməkdaşlığı Ermənistanın xeyrinə olmalıdır

Yerevanda jurnalistlərlə görüşdə deputat Konstantin Zatulin Ermənistan-Rusiya strateji əməkdaşlığına da toxundu. Onun sözlərinə görə, RF Dövlət Duması Ermənistanla birgə HHM sisteminin yaradılma sazişini təsdiq edib.
ER və RF Müdafiə nazirləri birgə qoşunları haqqında saziş imzalanıblar. “Bu ilin yayında Ermənistana “İskəndər” kompleksləri verilib və bunlar ilk dəfə satılıblar. Biz bunu regionda balansın bərpa edilməsi kimi görürük”,-deyə zatulin qeyd etdi.
Azərbaycan-Rusiya hərbi əməkdaşlığından danışırkən Zatulin deyib ki, Moskva çox ölkə ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq Ermənistanın xeyrinə olmalıdır, çünki beləliklə Azərbaycanın gözlənilməz hərəkətlərini cilovlanırlar”.
“Aprel ayında baş verən olayların məsuliyyəti Azərbaycan rəhbərliyinin üzərinə düşür. Düşünürəm ki, məsuliyyətdə Türkiyənin də öz qismini vardı”,-deyə deputat bildirib.