Təhlil

AİB-ə üzv dövlətlərlə əməkdaşlığın inkişafı üçün Ermənistan böyük potensiala malikdir: Nazir müavini

“AİB-Ermənistan sənaye əməkdaşlığın inkişaf prespektivləri” adlı konfransda Avrasiya İqtisadi Komissiyası və Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin dövlət orqanlarının bir neçə rəsmilər, biznes strukturlarının rəhbərləri, səfirlər və kommersiya nümayəndələri AİB çərçivəsində sənaye əməkdaşlığın inkişaf məsələləri və bunların həlli haqda müzakirə aparıblar.

ER İqtisadi İnkişaf və İnvestisiya nazirinin müavini Hovhannes Azizyanın deməsinə görə, AİB-ə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və Ermənistan buna hazırdır.

O, əməkdaşlıq üçün Ermənistanın potensialı olan bir sıra sahələri qeyd etdi (ərzaq emalı, əczaçılıq, maşınqayırma, tekstil sanayi, zərgərlik, və s.).

“Düşünürəm ki, AİB-in sənaye siyasəti sənayesinin davamlı inkişafına, üzv ölkələr arasında rəqabət qabiliyyətinin artırılmasına,  səmərəli əməkdaşlığa və yükdaşınma yollarında maneələrin aradan qaldırılmasına töhfə verəcək”,-deyə nazir müavini yekunlaşdı.

Daha çox göstər
Back to top button