Siyasət

ER müdafiə naziri Gürcüstan rəsmiləri ilə iki tərəfli münasibətlərin inkişaf perspektivlerini müzakirə edib

Gürcüstanda rəsmi səfərdə olan ER-nın  müdafiə naziri Vigen Sarkisyan dekabrın 22-də Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri İrakli Sesiaşvili və Gürcüstan xarici işlər naziri Mixail Canelidze ilə görüşüb.

ER Müdafiə nazirliyinin İnformasiya və İctimaiyyət ilə Əlaqələr şöbəsinin məlümatına görə, görüşlərdə Ermənistan-Gürcüstan  dost  münasibətləri, müxtəlif sahələrdə əməkdaşlığın hazırkı səviyyəsi və inkişaf perspekivləri, iki tərəf üçün maraqlı başqa məsələlər müzakirə edilib. Eyni zamanda  regionda təhlükəsizliyin və sabitliyin  təmin edilməsi məsələlərinə toxunublar. Tərəflər Ermənistan və Gürcüstan hökümətləri arasında əməkdaşlığın inkişaf etdirməsinə hazır olduqlarını yenidən təsdiq ediblər.

Həmin gün ER-nın müdafiə naziri Erməni Apostol Kilsəsinin Gürcüstan YeparxiyasınınTbilisidəki Müqəddəs Gevorq kilsəsini ziyarət edərək Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyasının nümayəndələri ilə görüşüb.

 

 

Daha çox göstər
Back to top button