BaşlıcaTəhlil

Ermənistan-İran əlaqələrinin inkişafı üçün 2017-ci il sıçrayışlı olacaq: Şarmazanov

Ermənistan-İran Prezidentləri Serj Sarkisyan və Hasan Ruhaninin görüş nəticələrinə görə, 2017-ci il Ermənistan-İran əlaqələrinin inkişafı üçün sıçrayışlı olacaq. Respublika partiyasının icra sessiyasından sonra jurnalistlərə müsahibədə ER Parlamentinin vitse-spikeri, ERP sözçüsü Eduard Şarmazanov bildirib və əlavə edib ki, iclasda ER Prezidenti İranlı həmkarının səfər nəticələrini təqdim edib.

“İran Prezidentinin Ermənistana etdiyi səfər olduqça məhsuldar oldu. İqtisadi əlaqələrin derinləşdirilməsində, investisiyaların artdırılmasında və siyasi dialoq baxımından yalnız müsbət gözləntilərimiz var. Ermənistan-İran əməkdaşlığın prepektivləri bütün sahələrdə çox böyükdürlər. Görüş nəticələri göstərirlər ki, 2017-ci il Ermənistan-İran əlaqələrinin inkişafında sıçrayışlı olacaq”,-deyə Şarmazanov bildirib.

Onun sözlərinə görə, İran Prezidentinin Erya səfəri və Serj Sarkisyanla razılaşmaları çox önəmlidirlər, xüsusuilə o ki, İranın  digər qonşumuz Türkiyədən fərqli olaraq, Qarabağ münaqişə məsələsində balanslaşdırılmış mövqeyi var.

“Biz Qarabağ-Azərbaycan münaqişəsi ilə bağlı İranın mövqeyini yüksək qiymətləndiririk və İranın regionada sülhün bərpa edilməsi üçün göstərdiyi səylərinə əhəmiyyət veirirk”.

Daha çox göstər
Back to top button