BaşlıcaSiyasət

Nalbandyan Kalaşnikova apreldə Azərbaycan təcavüzünün nəticələrini təqdim etdi

Ermənistan XİN Edvard Nalbandyan dekabrın 23-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB İşləri, Avrasiya inteqrasiyası və Həmvətənlərlə Əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və apreldə Azərbaycan təcavüzünün nəticələrini təqdim edib.

Nazir Nalbandyan Ermənistan-Rusiya arasında yaxın tərəfdaşlığın davamlı inkişafına əhəmiyyət verərək parlamentlararası əməkdaşlığını da yüksək qiymətləndirib.

İki tərəf də Ermənistan Parlamenti və Rusiya Federasiyasının Dövlət Düması arasında qarşılıqlı faydalı olan əməkdaşlığı xüsus olaraq qeyd etdi.

Görüşdə MDB, AİB və KTMT çərçivəsində olan əməkdaşlığına da toxunulub.

Ermənistan xarici işlər naziri qonaqlara apreldə Artsaxa qarşı Azərbaycan təcavüzünün nəticələrinin aradan qaldırması üçün göstərilən səylərini təqdim etdi.

 

 

Daha çox göstər
Back to top button