Siyasət

Ağvan Hovsepyan işgüzar səfəri ilə Tehrana getdi

ER İstintaq Komitəsinin sədri Ağvan Hovsepyanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 23-də işgüzar səfəri ilə Tehrana getdi.

ER İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində İİR  baş nəzarət təşkilatının sədri Naser Seraci və İran İslam Respublikasının məhkəmə rəsmiləri ilə görüşlər keçiriləcək.

ER İstintaq Komitəsinin sədri İsfahan ostanına da gedəcək. Orada qubernator, ədliyyə naziri, baş müstəntiq və prokurorla görüşəcək.

Ağvan Hovsepyanın başçılıq etdiyi nümayəndə heyəti Tehrana İİR baş nəzarət təşkilatının sədri Naser Seracinin dəvəti ilə gedib.

Daha çox göstər
Back to top button