Ekonomika

Azərbaycan Mərkəzi Bankı qızıl ehtiyatının 12 faizini satıb

Satılan qızılın həcmi təxminən 3 tondur

Azərbaycan Mərkəzi Bankı noyabrda təqribən 3 ton qızıl satıb.

APA yazır ki, Beynəlxalq Valyuta Fondunun hesabatında belə deyilir. 3 ton AMB-nin ümumi qızıl ehtiyatının 12 faizini təşkil edir.

Bununla da AMB-nin qızıl ehtiyatının 22 ton 15 kiloqram səviyyəsinə endiyi deyilir.

Sənəddə həmin dövrdə Rusiyanın 1.033 min, Qazaxıstanın isə 99 min unsiya qızıl satın aldığı qeyd edilir.

Daha çox göstər
Back to top button