Ermənistanın kiber təhlükəsizliyin strategiyası hazırlanır

ER hökümətinin kiber təhlükəsizlik sahəsi ilə əlaqədər planıyla gələcəkdə bu sahənin strategiyasının hazırlaması və təsdiq edilməsi, kiber təhlükəsizlik mərkəzinin yaradılması nəzərdə tutulur.
Bu haqda dekabrın 23-də ER nəqliyyat ,rabitə və informasiya texnologiyaları naziri Vahan Martirosyan bildirib.
Kiber təhlükəsizlik məsələləri ER Parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər daimi komissiyası çərçivəsində kiber təhlükəsizlik sahəsində yaradılmış işçi qrupunun son oturumunda müzakirə edilib. Kiber təhlükəsizlik sahəsində işçi qrupu tərəfindən son iki il ərzində icra edilmiş çalışmaların nəticələrini yekunlaşdıraraq komissiyanın sədri Koryun Nahapetyan qeyd edib ki, qrupun təkliflərinə əsasən “Kiber təhlükəsizlik sahəsində stratejik yanaşmalar” sənəd lahiyəsi hazırlanmış. Bu lahiyədə konseptual yanaşmalar təqdim edilir.