Estoniyanın xarici işlər naziri “Təmas xətində toqquşmalar DQ məsələsinin həll edilməinə müsbət təsir göstərə bolməz”
Təmas xətində və sərhəd zonasında toqquşmalar DQ məsələsinin həll edilməinə müsbət təsir göstərə bilməz.
Bu haqda dekabrın 22-də Ermənistanın Estoniyadakı səfiri Tigran Mkrtçyan ilə görüşündə Estoniyanın xarici işlər naziri Sven Mikser deyib.
ER XİN-dən xəbər verirlər ki, görüşdə tərəflər Ermənistan- Estoniya iki tərəfli siyasi, iqtisadi, mədəni münasibətlərinin daha dərinləşdirilməsi perspektivlərinə toxunublar. İki tərəf də yüksək səviyyəli səfərlərin zəruriliyini və əhəmiyyətini vurğulayıblar.
Qarabağ müngəişəsi haqqında danışaraq, səfir Mkrtçyan rəsmi Bakı tərəfindən davam edilən qeyri–konstruktiv davranışını, ən yüksək səviyyədə aparılan antierməni təbliğatını, eyni zamanda təmas xəttində Azərbaycan tərəfindən atəşkəsin tez-tez pozulması insidentlərini həmsöhbətini diqqətinə çatdırdı.
Münaqişənin sülh yoluyla həll edilməsi istiqamətində ƏTƏT-in Minsk Qrupu həmsədrlərinin birgə səylərinə dəstəyini bildirərək, xarici işlər naziri Mikser DQ münaqişəsi barədə Estoniyanın mövqeyini yenidən təsdiq edib. Nazir həmçinin vurğuladı ki, təmas xətində və sərhəd zonasında toqquşmalar məsələnin həll edilməinə müsbət təsir göstərə bilməz.
Həmsöhbətlər, eyni zamanda, ER-Aİ arasında yeni çərçivə müqaviləsi barədə müzakirələrə toxunublar.
Nazir Mikser informasiya texnologiyaları sahələrində Estoniyanın uğurlarına toxunaraq, qeyd edib ki, Estoniya tərəfi Ermənistan ilə təcrübəsini bölməyə hazırdır.
Görüşdə, həmçinin, bir sıra regional və beyləlxalq məsələlərə toxunulub.