Siyasət

AİB zirvəsinin əsas mövzusu yeni gömrük məcəlləsi üzrə sazişin imzalanması olacaq

Sankt-Peterburqda bu gün Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvələri keçiriləcək. Avrasiya Ali İqtisadi Şurasında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan və Qırğızıstan rəhbərləri birliyin iki ildə apardığı işlərinin nəticələrini yekunlaşdırararq birliyin inteqrasiya prosesinin gələcək inkişaf yollarını müəyyən edəcəklər. Bu haqda TASS məlumat verib.

Zirvənin əsas mövzusu  AİB-in yeni gömrük məcəlləsi ilə bağlı sazişin imzalanması olacaq. Ümumi Avrasiya bazarın farmallaşma prosesini təşviq edən bir neçə çoxtərəfli sənədləri də təsdiq ediləcək.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan rəhbərləri təşkilat çərçivəsində  tərəfdaşlığın aktual sahələri və cari fəaliyyətinin təmin edilmə məsələlərini müzakirə edəcəklər.

Daha çox göstər
Back to top button