Qarabağ məsələsinin danışıqlar prosesində mövcud məsələlər, həll perspektivləri və apreldə baş verən 4 günlük müharibə ilə bağlı Dağlıq Qarabağ münaqişənin nizamlanma məsələsində Rusiya Federasiyasının vasitəçilik missiyasının rəhbəri, RF Prezidentinin Qarabağ məsələsi üzrə səlahiyyətli nümayəndəsi, ATƏT Minsk Qrupunun RF keçmiş həmsədri Vladimir Kazimirov “Armenpress”-ə müsahibə verib.
Kazimirov danışıqlarda Qarabağ tərəfinin iştirakına dair sualına cavab olaraq deyib ki, fevral ayında atəşkəs rejimini gücləndirməyə dair sazişin imzalanmasında Qarabağın iştirakı prinsip etibarilə vacib məsələdir. Bu iştirak istənilən nəticələrə gətirmirsə belə, Dağlıq Qarabağ aqibəti öz iştirakı olmadan müəyyən edilə bilməz.
Münaqişənin həlli və həll mexanizmləri ilə bağlı sulaına Kazimirovun cavabı buydu: “Mən 1994-cü il aprelin 15-də atəşkəsdən bir ay əvvəl MDB ölkələr rəhbərlərinin şurasında qeyd edilmiş aspektlərə sadiq qalıram. O vaxt ölkə rəhbərləri, o cümlədən Heydər Əliyev və Levon Ter-Petrosyan vaxtı ilə həmfikir idilər ki, fəaciyəfi qarşıdurmanın nəticələrini etibarlı atəşkəs rejiminin möhkəmlənməsindən sorna aradanq aldırla bilər.
Həqiqətən indi bu vardırmı, hardadır? Qarabağ münaqişəsinin həllinə gətirən yol atəşkəs rejiminin gücləndirməsindədir. Bu olmadan nizamlanma prosesində bir irəliləyiş ola bilməz”.