
ER İstintaq Komitəsinin sədri Ağvan Hovsepyan Tehranda İİR Baş Nəzarət Təşkilatının rəhbəri Nasar Serci ilə görüşüb. Bu haqda ER İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Tərəflər iki olkənin hüquq-mühafizə orqanları arasında formallaşdırılmış səmərəli əməkdaşlığı və bu məqsədilə inkişaf etmiş hüquqi mexanizmlərini məmnuniyyətlə qeyd etdilər. Transmilli cinayətkarlıqla mübarizədə qarşılıqlı hüquqi yardımı, narkotik maddə ticarətinin, kiber və korrupsiya cinayətlərinin aşkar edilmə, vətəndaşların və hüquqi şəxslərin hüquqlar və azadlıqlarının müdafiə sahələrində olan səmərəli əməkdaşlığa da ehəmiyyət verilib.
Yerevanda imzalanışlmış anlaşma memorandumuna görə, əməkdaşlığın iki illik proqramı imzalanacaq və bunun çərçivəsində qeyd edilmiş məsələlər üzrə birgə tədbirlər və müzakirələr aparılacaq.
ER İstintaq Komitəsinin sədri işgüzar səfəri çərçivəsində İİR Ədliyyə Nazirliyinin birinci müavini Qolamhoseyn Mohseni Ejei, İİR Məhkəmə hakimiyyətinin sosyal və cinayətlərin qarşısını almaq üzrə Mohamad Bağer Olfat ilə də görüşüb.
Görüşlərdə tərəflər cinayətkarlığa qarşı mübarizədə, cinayət işlərinin istintaqı zamanı insan hüquqlarının qorunmasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Qarşılıqlı maraq doğuran məsələləri və əməkdaşlığın inkişafı üçün bir neçə yeni yolların tapması də müzakirə edilib.
ER İstintaq Komitəsinin sədrinin Tehrana etdiyi işgüzar səfəri hələ davam etməkdədir.