Siyasət
Ermənistandakı rus hərbi bazasının zenitçiləri təlimlər keçiriblər

Rusiyanın Ermənistandakı hərbi bazasının hava hücumundan müdafiə qoşunların birləşmələri taktiki məşqlərə başlayıblar. Təlimlərdə RF Cənubi hərbi okruqunun HHM qoşunlarının rəisinin başçılığı ilə yüzdən artıq hərbçilər, 30-a yaxın maşın və zirehli texnika iştirak edir.
Təlimlər əsasən “Əlagəz” yüksək dağətəyi poliqonunda keçirilib.
Dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə Rusiya hərbi birləşmələri şərti düşmənin raketlərinin axtarışı, tanıması və elektron hücumları nəticəsinə onların məhv edilməsini məşq ediblər.
Təlimləri başa çatdırdıqdan sonra hərbçilər “Hərbi şərəf” xatirə kompleksində “Zenitçi döyüşçülərin” abidəsinə əkillər və güllər qoyublar.
Byram tədbirlərindən sonra təlimlərdə fərqlənən hərbçilər təltif olunublar.