Siyasət
Ermənistandakı rus aviabazasının pilotları kalifikasyanı artdırmaq üçün uçuşlar həyata keçirirlər

Ermənistanda yerləşdirilmiş rus aviabazasında operativ-taktiki və ordu aviasiyasının pilotları kalifikasyasını artdırmaq üçün uçuşlar həyata keçirirlər. RF Cənub Hərbi okruqunun mətbuat xidmətindən verilən məlumata görə, dördüncü nəsil Miq-29 müasir qırıcıları, Mi-24P hücum və Mi-8MSŞ hərbi nəqliyyat helikopterlərinin 30-dan artıq ekipajları bir həftə ərzində “Ermebuni” hərbi havalimanında tədris-təlim uçuşları keçirəcəklər.
Ordu aviasyasının Mi-8 və Mi-24 helikopterlərinin həyetləri desant tapşırıqları keçirirkən praktik təlimləri də edəcəklər.