Prezident Serj Sarkisyan Yuxarı Larsda Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinin nəqliyyat vasitələrinin ayrı keçid yolunun yaradılmasını əhəmiyyətli sayıb

Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ali Avrasiya İqtisadi Şurasında çıxış edərək, Yuxarı Larsda Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinin nəqliyyat vasitələrinin ayrı keçid yolunun yaradılmasını əhəmiyyətli sayıb. ER Prezident Administrasiyasının informasiya və ictimaiyyətlə əlaqədar şöbəsinin bildirdiyinə görə, Prezident Serj Sarkisyan çıxışında qeyd etdi: “ Bugünkü görüşümüz Avrasiya İqtisadi Birliyinin iki illik fəaliyyətini yekunlaşdırmaq üçün yaxşı fürsətdir. Düşünürəm ki, ümumi iqtisadi məkanın tam hərəkətə mane törədən məsələlərə diqqət etməmiz lazımdır. Xüsusən sistematik nəqliyyat siyasətin əhəmiyətini vurğulamaq istəyirəm. Aİİ-nə üzv ölkələri ilə fasiləsiz rabitənin təmin etməsi Ermənistan üçün əhəmiyyətlidir. Aİİ-nə üzv ölkələri arasında ticarət Yuxarı Lars keçidi məntəqəsi ilə həyata keçirilir.Lakin bir sıra səbəblərdən dolayı Yuxarı Lars keçid məntəqəsinin fəaliyyəti müntəzəm olaraq pozulur. Bu baxımdan Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinin nəqliyyat vasitələri üçün ayrı keçid yolunun yaradılması çox əhəmiyyətli olacaq. Bu, eyni zaman ölkəmizin iş dunyaıi üçün da faydalı olacaq”.