BaşlıcaSiyasət

Serj Sarkisyan: “Erməmistan Avrasiya İqtisadi komissiyası və İran arasında danışıqlar prosesinə fəal şəkildə dəstək verir”

Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan, Ali Avrasiya İqtisadi Şurasının oturumunda çıxış edərək, AİB-İran münasibətlərinin dərinləşdirilməsi perspektivlərinə toxunub.

Ermənistan Prezident Administrasiyasının İnformasiya və İctimaiyyət ilə Əlaqələr şöbəsinin məlümatına görə, Serj Sarkisyan çıxışında qeyd edib:

“İran-AİB əməkdaşlığı məsələsinə xüsusi olaraq toxunmaq istəyirəm. İranın prezidenti Ruhaninin Ermənistana səfəri çərçivəsində biz AİB və İran arasında ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsi perspektivlərini, o cümlədən azad ticari zonanın yaradılması məsələsini ətraflı şəkildə müzakirə etdik.

Xüsusilə ölkələrimiz və İrandakı  iqtisadi fəaliyyət göstərən mövzular üçün yaradılacaq qarşılıqlı məhsuldar əməkdaşlığın imkanları təqdim edilib. İran prezidenti AİB ilə müvəqqəti razılaşma və bunun sayəsində azad ticari zonanın yaradılması ilə maraqlandığını bildirib.

Ermənistan mümkünə  qədər tez  bu razılaşmanın imzalanmasına nail olmaq məqsədilə Avrasiya iqtisadi komissiyası və İran arasında danışıqlar prosesinə fəal şəkildə dəstək verir.

Eyni zamanda biz Fars körfəzi -Qara dəniz beynəlxalq nəqliyyət və tranzit dəhlizinin yaradılması planını müzakirə etdik. Ermənistan İran ilə quru sərhədi olan AİB-nin tək ölkəsi olaraq nəqliyyət və  logistika infrastrukturlarının inkişafını vurğulayır.Hazırda icra edilən Şimal- Cənub koridorunun tikilməsi sayəsində AİB çərçivəsində tərəfdaşlarımız üçün Fars körfəzinə, sonra da Hind okeanına çıxmaq üçün uyğun və təhlükəsiz sahə yaradılacaq”.

Daha çox göstər
Back to top button