Beynəlxalq

Almaniyada Qiyasla Bayrama dəstək aksiyası keçirilib

Almaniyanın Neumarkt şəhərində Avropada Ədalət və Sülh uğrunda Təşkilatın (AƏST) sədri Nasir Mahmudov və bir qrup azərbaycanlı mühacir Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələbi ilə aksiya keçiriblər.
Meydan TV-nin məlumatına görə, azərbaycanlı mühacirlərə alman gənclər də dəstək olublar.
Aksiya iştirakçıları Qiyas İbrahimov və Bayram Məmmədovdan başqa digər siyasi məhbuslara da azadlıq tələb ediblər.
Söz azadlığı və azad medianın susdurulmasına etiraz olaraq gənclər simvolik olaraq öz ağızlarını bağlayıblar.
Aksiyanı bir neçə Almaniyadan olan media nümayəndəsi də izləyib.

Daha çox göstər
Back to top button