Siyasət

Atəşkəs rejimi 50 dəfə pozulub

Dekabrın 27-dən 28-nə keçən gecə Qarabağ-Azərbaycan qarşıdurma qoşunlarının təmas xəttinin cənub, şərq, şimal-şərq istiqamətlərində Azərbaycan silahlı bölmələri atəşkəs rejimini 50 dəfə pozmaqla 900 artıq güllə atıb.

Müxtəlif çaplı atıcı silahlardan əlavə, Martakert müdafiə xəttində düşmən 60 millimetrlik minaatanlardan (11 mərmi) mövqelərimizə atəş açıb.

Rəqibin fəallığını dəf etmək üçün DQR Müdafiə Ordusunun cəbhəboyu yerləşən hərbi hissələri xüsusən də cəbhə xəttinin şimal hissəsində cavab tədbirlər görərək, qarşıda qoyulan döyüş tapşırığını yerinə yetiməkdə davam edir.

Hazırda cəbhə xəttində operativ vəziyyət nisbətən sakitdir.

Daha çox göstər
Back to top button