Beynəlxalq

Rusiya Qarabağ münaqişəsinin nizamlanması prosesinin intensivləşməsi üçün ondan asılı olan hər şeyi edəcək

“Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmağa davam edir. Ona görə də bizdən asılı olan nə varsa, yerinə yetiriləcək ki, prosesin normallaşması dayanmasın, əksinə intensivləşsin”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı tədbirlərin qrafikinə, bu barədə müvafiq məlumat olan kimi bildirəcəyik”, – deyə Rusiya XİN sözçüsü “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 2017-ci ildə Rusiyanın gözləntiləri nədir” sualına cavabında qeyd edib.

Daha çox göstər
Back to top button