
KTMT Ermənistan Respublikasının Tavuş vilayətinin Çinar kəndinin yaxınlığında Azərbaycan diversiya cəhdini təxribat hesab edir.
Bu haqda KTMT baş katibi Nikolay Bordyuja bəyan edib.
“KTMT katibliyi Ermənistan Respublikasının Çinar kəndinin yaxınlığında baş verən hadisə ilə bağlı narahat edir. KTMT üzv dövlətlərin ərazisində bu hadisələr, xüsusilə də cari il aprel ayında Dağlıq Qarabağ Respublikasında baş vermiş ağır vəziyyətin fonunda, təxribat kimi hesab edilir. Lakin son zamanlarda atəşkəs rejiminin pozulmasına dair regiondan verilən məlumatlar, xüsusilə də dekabrın 29-da insan itkilərinə səbəb olan hadisə böyük narahatlıq verir”,-deyə Bordyuja bildirib.
Qeyd edək ki, KTMT baş katibi Nikolay Bordyuja aprel hadisələrindən danışırkən Dağlıq Qarabağ Respublikası deyib.