Ekonomika
Ermənistan BƏƏ-yə ixrac həcmini artırmaq istəyir

Ermənistan BƏƏ ilə iqtisadi əlaqələri güçləndirmək istəyir. Jurnalistler ilə görüsdə ER iqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan xatırlatdı ki, son vaxtlar Serj Sarkisyan BƏƏ-yə getdi. O səfər ərzində bir neçə razılaşma əldə olunub.
“Sonra mən BƏƏ-yə səfərə getdim.Tərəfdaşlarımla Prezidentimiz ilə əldə edilmiş razılaşmaları müzakirə etdik. Biz iki ölkə arasında iqtisadi və ticarət əlaqələrin artırması barədə razılığa gəldik”- deyə nazir qeyd etdi.
O əlavə etdi ki, BƏƏ-nın bazarı böyük və geniş potensialara malikdir, Ermənistan isə , o ölkəyə ixrac həcmini artirmaq üçün böyük potensiala malikdir.