
ER Prezidenti Serj Sarkisyan Yeni il və Milad bayramları münasibətilə ER XİN-də təşkil edilmiş qəbulda iştirak edib. Serj Sarkisyan təbrik çıxışında keçən ildə Ermənistanın xarici siyasatda nail olduğu uğurlarına, hələ mövcud olan problemlərə, inteqrasiya prosesləri çərçivəsində ölkəmizin fəal şəkildə cəlb olunması nəticəsində həyata keçirilmiş işlərə, DQ münaqişəsinin nizamlanması prosesində Ermənistanın diplomatik səylərinə toxunub. Çıxışında Serj Sarkisyan qeyd edib:
“Keçən il bizim üçün rəmzi olmuş. Ermənistan müstəqilliyinin 25-ci ildönümü qeyd etdi. 25 il əvvəl həm yeni müstəqil olmuş ölkəmiz, həm də dipomatiyamız birinci adımlar atırdı.
Bu gün Ermənistan konstruktiv, balanslı, prinsipli xüsusi xarici siyasat və etimadlı diplomatiya ilə dünyaya təqdim edilir. Ermənistan təhlükəsizliyin və sabitliyin təmin edilməsi, beynəlxalq münasibətlərdə müsbət gündəmin yaradılması, qarşılıqlı məhsuldar əməkdaşlığın təşviq edilməsi, müxtəlif ölkələr və mədəniyyətlər arasında dialoq üçün şəraitlərin təmin edilməsi işlərinə dəstək verməyə cəhd edir. Bizim ardıcıl və prinsipli xarici siyasətimiz sizin burada olanların prinsipli xarici siyasət sayəsində Ermənistanın mövqeləri və fikirləri beynəlxalq ictimaiyyət üçün aydındır. Azərbaycanın apreldəki təcəvüzündən sonra Vyanada və Sankt- Peterburqda baş tutmuş zirvələrin nəticələri məhz bunu göstərirlər. İl sonunda Hamburqda ATƏT-nın Minsk qrupunu həmsərdlik edən ölkərərin xarici işlər nazirlərinin bəyanatı aydın şəkidlə göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin mənasız söhbətləri həqiqətdən nə qədər uzaqdır. Bu bəyanatlar, eyni zamanda aydın şəkildə göstərir ki, beynəlxalq ictimaiyyətin yanaşmaları fikirlərimizə nə qədər uyğundur. Əlbəttə, bu, Ermənistanın diplomatiyasının ardıcıl fəaliyyəti nəticəsində həyata keçirilib”.