Siyasət
Putin HHM birgə sisteminin yaradılması üzrə Ermənistan-Rusiya sazişi haqda qanunu imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Qafqaz regionunda hava hücumundan birgə regional müdafiə sisteminin yaradılmasına dair Rusiya və Ermənistan arasında sazişin təsdiqi ilə bağlı qanunu imzalayıb. Bu haqda “TACC” məlumat verir.
Sənəd RF hüquqi informasiyasının rəsmi internet saytında yayılıb.
Ermənistanla sazişi Moskvada 2015-ci il dekabrın 23-də imzalanmışdı. Sazişə görə, “hava hücumundan birgə regional müdafiə sistemi MDB ölkələrinin hava hücumundan birgə müdafiə sisteminin bir hissəsi olaraq yaradılacaq”.