Ekonomika

Suren Karayan: “Ermənistandan ixracın artışı bu ildə rekord qırdı”

Bu ildə Ermənistandan ixracın artışı rekord qırdı. Mətbuat konfransında bu haqda ER iqtisadi inkişafı və investisiya naziri Suren Karayan bəyan edib.

” Bu ilin nəticələri etibarı ilə keçən illə müqayisədə  ixrac həcmlərinin artımı təxminən 21 faiz təşkil edəcək, son üç ayda isə təhminlərimizə əsasən bu artış ən azı 25 faiz təşkil edəcək”,- deyə o qeyd edib. Buna baxmayaraq nazir deyib ki,  bu göstəricilərdən  hər halda məmnun deyildirlər. “Sabit iqtisadi artışın təmin edilməsi üçün ÜDM-da ixracın həcmlərinin ən azı 40-50 faiz təşkil etməsi üçün bütün potensialı sərf etməliyik”,- deyə o qeyd edib.

 

 

Daha çox göstər
Back to top button