ER İstintaq Komitəsinin sədri İranla hüquqi əməkdaşlığına dair sazişin təsdiq etməsinə əhəmiyyət verir

ER İstintaq Komitəsinin sədri Ağvan Hovsepyan İran İslam Respublikasının ER-dakı fövqəladə və səlahiyyətli səfiri Seyed Qazam Sacadini qəbul edib. Bu haqda ER İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
“Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə formallaşdırılmış əməkdaşlığa əhəmiyyət veriblər, ikitərəfli maraq doğuran məsələləri müzakirə ediblər. İran səfiri İİR Prezidenti Ermənistana etdiyi səfərdə iki ölkə rəhbərləri arasında əldə edilmiş konkret razılaşmalarını vurğulayıb. Bu razılaşmalarla əməkdaşlığın yeni imkanları yaradılacaq. Bu kontekstdə Məhkəmə-Hüquq orqanları arasında olan əməkdaşlığın inkişafına da əhəmiyyət verilib.
Tərtəflər ER İstintaq Komitəsinin sədrinin Tehrana edtiyi səfər nəticələrini və səlahiyyətli orqanlar arasında əməkdaşlığı təşviq edən yeni mexanizmlərin hazırlanmasını müzakirə ediblər”.