Ermənistan-İran-Türkmənistan üçtərəfli əməkdaşlığın prespektivləri müzakirə olunub

ER Baş naziri Karen Karapetyan bu gün İran İslam Respublikasının və Türkmənistanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri Seyed Kazem Sacadini və Muhammetniyaz Badi Maşalovu qəbul edib.
Baş nazir qeyd edib ki, İran və Türkmənistan ilə Ermənistanın siyasi əlaqələri yüksək səviyyəsindədirlər və bu iqtisadi əlaqələrini daha da gücləndirməyə imnkan verir. “Biz Ermənistan-İran-Türkmənistan üçtərəfli iqtisadi əməkdaşlığının inkişaf etdirilməsində maraqlıyıq. 2017-ci ilin ilk iş günündəki bu görüş əməkdaşlığımıza verilən əhəmiyyətini göstərir”,-deyə Baş nazir bildirib.
İran və Türkmənistan səfirləri ER Baş nazirini və erməni xalqını Yeni il münasibətilə təbrik ediblər və öz ölkələrinin hökumətləri tərəfindən Ermənistanla əlaqələrin genişləndirilməsi üçün addımların müzakirə etməsinə hazır olduklarını qeyd ediblər.
Əsas olaraq energetika sahəsində üçtərəfli əməkdaşlığn inkişaf imkanları və prespektivləri müzakirə edilib. Enerji resurslarının təchizatına və birgə layihələrlə bağlı məsələlərə də toxunulub. Tərəflər fikir mübadiləsində birgə işçi qrupu formalaşdıraraq konkret layihələrin müzakirə etməsi ilə bağlı razılaşmağa çatıblar.
Karen Karapetyan parlamentlararası komissiyaların aktiv işlərinə əhəmiyyət verərək qarşılıqlı maraq doğuran məsələlər və təşəbbüslərin həyata keçirilməsi üçün səmərəli platfor olduklarını vurğulayıb.
Karen Karapetyan İİR-nın ER-dakı fövqəladə və səlahiyyətli səfirinə İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etmə münasibətilə başsağlığı verib.