Mədəniyyət

Tehranda Ermənistan-İran müasir incəsənətinin sərgisi açılıb

İranın paytaxtı Tehranda “Görüş” (Didar) adlı Ermənistan-İran müasir incəsənət sərgisi açılıb. “Artak Manukyan” muzeyinin dəstəyi ilə təşkil edilmiş sərgi İranın müasir incəsənətində erməni rəssamların təsirini təqdim edir.

Erməni incəsənəti və mədəniyyəti İranın incəsənəti və mədəniyyətinə böyük təsir göstərmişdir. Sərgidə incəsənətin müxtəlif sektorlarından olan Lilit Teryan, Edman Ayvazyan, Garnik Ter-Hakobyan və Simon Ayvazyan kimi rəssamların işlərini təqdim edilib.

Sərgi Tehranın “Mariam” qalereyasındadır və yanvarın 11-dək açıq olacaq.

ir5ir1

Daha çox göstər
Back to top button