Artak Zakaryan: “Bu cür paritet bəyanatlar Minsk qrupunun mövqelərini və vasitəçi səylərini zəiflədir”

Azərbaycan tərəfindən Tavuş rayonundakı döyüş mövqeyinə diversiya cəhdi barədə ATƏT-nin Minsk qrupunun bəyanatları Azərbaycan üçün heç əhəmiyyətli olmayan paritet bəyanatlardır.
Bunun haqqında “Armenpress”-ə müsahibəsində ER Parlamentinin ERP-nın deputatı, xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan bəyan edib: “Məncə, Minsk qrupu, dekabrın 29-da Ermənistan Respublikasının sərhədlərinə Azərbaycan tərəfindən təcəvüz etmə məsələnin Qarabağ münaqişəsinin nizamlanma məsələsi və Qarabağ-Azərbaycan təmas xətti ilə bağlı olmadığını anlayaraq, tənqid etməlidir”,- deyə Zakaryan qeyd edib.
O əlavə edib ki, Azərbaycan bir dəfə də Minsk qrupunun həmsədrlərinin bütün səylərini gözardı edərək, atəşkəs barədə əldə edilmiş bütün razılaşmaları pozdu. ” Məncə, bu cür paritet bəyanatlar Minsk qrupunun mövqelərini və vasitəçi səylərini zəiflədir. Minsk qrupu, aydın siyasi vasitələrdən istifadə edərək, Azərbaycanı danışıqlar prosesində irəliləməyə məcbur etdirməlidir”,- deyə deputat bəyan edib.
Xatırlataq ki, Dekabrın 29-da səhər erkən ER Tavuş rayonundakı Çinari kəndinin cənub-sərq istiqamətindəki dövlət sərhədində Azərbaycan silahlı qüvvələri diversiyaya cəhd edib.ER silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun hücümcü əməliyyatının qarşısını alıb, rəqib itkilər və yaralılar verərək, geri çekilməyə məcbur edilib. Təəsüf ki, döyüş əməliyyatlarında erməni tərəfində də itikilәr olub.
Uğursuz diversiya cəhdindən 12 gün sonra Minsk qrupunun həmsədrləri bəyan ediblər ki, Bakı və Yerevan 2016-cı il dekabrın 29-da baş verən diversiya cəhdi üçün bir-birini günahlandırmaqda davam edirlər.