Ukraynalı ermənilərin Milli Konqresinin sədri Azərbaycan KİV-lərində yayılmış müsahibəni saxta hesab edir

Ukrayna ermənilərinin Milli Konqresinin sədri Aşot Avanesyan Azərbaycan KİV-lərində yayılmış müsahibəni saxta adlandırıb.
Aşot Avanesyan öz Facebook səhifəsində Azərbaycan KİV-lərində özünə istinad edilən bəyanatları şərh edib: “Yanvarın 9-da Azərbaycan KİV-lərində özünə istinad edilən bir müsahibə yayılmış. Müsahibədə mütləq saxta bəyanatlar vardı. Mən bütün məsuliyyətlə bəyan edə bilirəm ki, bu saxta müsahibə çirkli təxribatdır.
Dağlıq Qarabağ Respublikasının (Artsax) və Ermənistan Respublikasının müstəqilliyi və təhlükəsizliyi bütün ermənilər üçün yaşayış yerindən asılı olmayaraq ali dəyərdir. Yalnız qeyd edilmiş şəraitlərin təmin edilmə zamanında rəqib tərəfi ilə sonrakı kompromislər haqda danışa bilirik. Mən, bu saxta xəbərlərin mənasını anlamaq istəyirdim, çünki mənim, bu müsahibə haqda heç bir xəbərim yoxdu”.
Saxta müsahibə Azərbaycanın APA xəbər agentliyi tərəfindən yayılmışdı. Sonra isə, müsahibə başqa KİV-lərində də yayılmışdı. Bu, Azərbaycan təbliğatının üsullarını bir daha da göstərib.