XİN müavini Nazaryan Frank Engelə Bakı təcavüzünün nəticələrini təqdim edib

ER Xarici İşlər Nazirliyində nazir müavini Karen Nazaryan bu gün yanvarın 10-da Avropa Parlamentinin deputatı Frank Engeli qəbul edib.
ER XİN-dən verilən məlumata görə, görüşdə Avropa İttifaqı ilə Ermənistanın əməkdaşlığına, ER-Aİ yeni çərçivə sazişi ilə bağlı danışıqlar prosesinə və başqa məsələlərə toxunulub. Deputatın xahişi ilə ER Xİ nazirinin müavini Aİ-Ermənistan əlaqələrinin cari səviyyəsini və inkişaf prespektivlərini təqdim edib.
ER-Aİ əməkdaşlığının gündəlik məsələlərinin həyata keçirilməsi və bunların, icra və qanunverici səviyyəsində daimi dəstəklənməsinin zəruriliyini qeyd edilib.
Artsaxa qarşı Azərbaycan tərəfindən apreldə başlatmış təcavüz nəticələrinin aradan qaldırılması və danışıqlar prosesinin irəliləyişi üçün Ermənistan və ATƏT-in Minsk Qrupu tərəfindən göstərilən səylərin kontekstində iki tərəf də məsələ ilə bağlı Avropa Parlamentinin və Avropa ictimai rəyinin məlumatlandırılmasına əhəmiyyət veriblər.
Regional və beynəlxalq son hadisələr ilə bağlı da fikir mübadiləsi aparılıb.