BaşlıcaSiyasət

ATƏT missiyası sabah DQR Martuni rayonu istiqamətində müşahidəçilik keçirəcək

Yanvarın 12-də DQR hakimiyyətləri ilə əldə olunan şərtləşməyə əsasən,ATƏT missiyası Dağlıq Qarabağ və Azərbaycanın silahlı qüvvələrinin təmas xəttində DQR Martuni rayonu istiqamətində Aşağı Veysəli yaşayış ərazisinin Şimal-Şərqində planlaşdırılan müşahidəçilik keçirəcək.

DQR XİN-dən verilən məlumata görə DQR Müdafiə qoşunlarının mövqelərindən müşahidəçiliyi ATƏT idarəsinin əməkdaşı Peter Svedberq (İsveçrə) və ATƏT Ali səviyyəli planlaşdırma qrupunun rəhbəri polkovnik Hans Lampaytser (Avstriya) həyata keçirəcəkdir.

DQR hakimiyyətləri, müşahidəçiliyin keçirilməsinə və ATƏT missiyası üzvülərinin təhlükəsizliyinin təminatına yardım etməyə hazır olduqlarını bildirmişlər.

Daha çox göstər
Back to top button