Ekonomika

Səngəçalda qaz kəməri yenidən – 3-cü dəfə partladı

Bakının Səngəçal qəsəbəsində qaz xəttində yanvarın 10-u axşam saatlarında yenidən yanğın baş verdiyi bildirilir. Bu barədə məlumatları Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da təsdiq edib. Ancaq rəsmi qurumlar bu məlumatı, hələlik, təsdiqləməyiblər.

Qəzanın Səngəçal qəsəbəsi ərazisindəki 125 atmosferlik qaz kəmərində meydana gəldiyi bildirilir.

Bu haqda da Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı xəbər verib.

Onun bildirdiyinə görə, hadisə 20.40 radələrində baş verib.

Hadisənin hansı səbəbdən törədiyi bəlli deyil. Qaz kəmərində meydana gələn partlayışla bağlı yanğın, hələ söndürülməyib. Yanğın şüalarını uzaqdan müşahidə etmək mümkündür.

Dövlət Neft Şirkəti, eləcə də digər rəsmi qurumlar hələ ki, hadisə ilə bağlı hər hansı açıqlama verməyiblər.

Bu artıq son 2 həftədə eyni yerdə baş verən üçüncü qəzadır.

Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.

 

Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü.

Eyni yerdə ikinci yanğın isə yanvarın 2-də baş vermişdi.

Daha çox göstər
Back to top button