Beynəlxalq

Ermənistanda Rusiya hərbi bazasının tank şəxsi heyəti “biatlon” yarışına hazırlaşmağa başlayıb

“ Alagyaz” hərbi təlimxanasında Ermənistandakı Rusiya hərbi bazasının şəxsi heyətinin intensiv təlimlərinə start verildi. RF-nın cənub hərbi okruqunun mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq hərbi təlimlərin ilkin hazırlıq kursları iki həftə sürəcək. Bu kurslarda, 100-dən çox əsgər, 30 ədəd hərbi texnika, o cümlədən T-72 B tankaları da iştirak edəcək.

İndi hərbi təlimxanada tankistlar, yanğın mövqelərinin seçilməsi , dayaq nöqtələrinin tutulması, şərti düşmən kəşfiyyat-təxribat qruplarının məhv edilməsi ilə bağlı praktik məsələləri aşılayır. Əsgərlər dəniz səviyyəsindən 200-dən çox metr hündürlükdə atıcılıq keçirirlər.

Müsabiqənin ilkin hazırlıq mərələsində tankların sürülməsi və taktiki-xüsusi təlimin hazırlıqları fevral ayında keçiriləcək. Zaqafqaziyada isə, Cənub hərbi okruqunun Rusiya hərbi bazasının tank şəxsi heyəti arasında müsabiqələr mart ayında keçiriləcək.

Daha çox göstər
Back to top button