Ekonomika

Azərbaycanda benzin də bahalaşdı

Azərbaycana xaricdən idxal olunan “AI-95” Premium markalı benzinin qiymətində artım baş verib.

Artıq yanacaqdoldurma məntəqlərində yeni qiymətlər tablolara vurulub.

“AI-95 Premium” markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.

Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi “AI-92” markalı benzinə şamil edilməyib.

“AI-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

“AI-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.

Daha çox göstər
Back to top button