Siyasət

Polisdə dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb

Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qalıb. Etmədiyi cinayəti boynuna qoymaq üçün döyülən qadın polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü idarənin 3 mərtəbəsindən atıb. Hazırda Respublika 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilən Y.Əliyevanın vəziyyəti ağırdır.

Virtualaz.org-a polis idarəsində başına gətirilənləri danışan zərərçəkmiş döyülməsinin səbəbini 4 il əvvəl qonşuluqda baş verən ölüm hadisəsinin onun boynuna qoyulması ilə izah edir. Y.Əliyevanın sözlərinə görə, bir müddət öncə qonşuluqda yaşayan Azadə və Şəbnəm bacılarına 900 manat borc pul verib. Lakin borcunu geri istədikdə, bacılar onu hədələyib və polisə 2013-cü ildə yanaraq ölən qonşusu Fəxriyyə Hüseynovanı onun öldürdüyünü deyəcəklərini bildiriblər.

Zərəçəkmişin sözlərinə görə, dekabrın 28-də axşam vaxtı namaz qılmağa hazırlaşarkən mülki geyimdə olan 5 polis əməkdaşı qəfil evinə soxulub və onu polis idarəsinə aparıblar.
“Məni bir gecə orada saxladılar. Ertəsi gün Lənkəran Polis İdarəsinin rəis müavini Əlifağa Kazımovun otağına apardılar. O, polislərə dedi ki, aparın bunu toka qoşun. Orada rəis müavinin gözünün qarşısında dubinka ilə döydülər. Başıma, bədənimə, hara gəldi təpikləyirdilər. O qədər döydülər ki, huşumu itirdim. Deyirdilər ki, ölən qonşum Fəxriyyəni öldürdüyümü boynuma alım. Hətta zorla mənə hansısa kağıza imza da atdırılar”, – deyə Y.Əliyeva bildirir.

Daha çox göstər
Back to top button