K.Palyan Məclisdə Erməni Soyqırımından danışıb.Onu sessiyanın işlərindən uzaqlaşdırıblar

Türkiyənin kürdpərəst Xalqlar demokratiy partiyasının deputatı Karo Palyan Məclisdə Konsitusiya dəyişikliklərinin müzakirəsi zamanı Erməni Soyqırımı məsələsini qaldırıb.
”Anadolu” türk agentliyinə əsasən, həmin bəyanatla bağlı onu cazalandırmaq üçün üç sessiyadan uzaqlaşdırmaq qərarına gəlinib.
Karo Palyan, xüsusən bəyan edib ki, 1913-1923-cü illərdə ölkədə qeydiyyatda olan ermənilər,asurilər və yunanlar “böyük qırğınlar və soyqırımları nətcəsində bu torpaqlardan ya sürülmüş ya da işgəncələrə məruz qalmışlar”.
Hakimlik edən “Ədalət və vəinkişaf” partiyasının deputatlarını Palyanın bəyanatı əsəbləşdirib.
Məclisin spiker müavini Ahmet Aydan Palyandan tələb edib ki, sözlərində düzəliş etsin,sonrasa əlavə edib ki, o zamanlarda ”qarşılıqlı ağrılı hadisələr olub.Belə ki, həmin hadisələri soyqırımı kimi səciyyələndirmək olmaz”.
Bununla belə erməni deputat sözünü davam edərək deyib:
”Vaxtıyla biz 40 faiz olmuşuq, bu günsə 1000-lər arasında birik. Deməli bizim başımıza bir iş gəlibdir və siz onu necə adlandırsanız da birdir, mən onu soyqırımı adlandırıram.
Siz onu nə adlandırırsınız adlandırın,belə ki,adlandırarkən birlikdə üz-üzə dayanaq”.
Hakimlik edən partiya deputatları və Metin Külüng tələb edib ki, “soyqırımı ifadəsində düzəliş etsin”.
Qərara gəlinib ki, sessiyaya fasilə verilsin.Fasilədən sonra hakim partiya, eləcə də müxalifət olan kemalçı Respublika Xalq partiyası və “Milli hərəkat” partiyasının deputatları Palyanın sözlərini tənqid ediblər.
Məclisin erməni deputatını “soyqırımı” ifadəsi üçün üç sessiyanın işlərindən cəzalandırıcı qaydayla uzaqlaşdırmaq qərarı verilib.Karo Palyanın fadələri sessiyanın protokollarından çıxarılıb.